Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün Polşa "Legiya"sında ilk titulunu qazana bilər.
Sportnet.az-ın məlumatına görə, ötən mövsümün çempionu Polşa Super Kuboku uğrunda oyuna çıxacaq. Rəqib ölkə kubokunu qazanmış "Rakuv" olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, 24 yaşlı hücumçu "Legiya"nın heyətində keçirdiyi 2 rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib.