
"Keşlə" Azərbaycanın UEFA Konfrans Liqasında ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi Bakıda Rusiya "Soçi"sinə qarşı II təsnifat mərhələsinin cavab oyununda fərqlənib.
Komandanın heyətində Felipe Santos 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Ötən həftə Azərbaycan klublarından "Keşlə" ilə yanaşı "Sumqayıt" və "Qarabağ" da ilk matçlarında qol vura bilməmişdi.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Keşlə" 1:2 hesabı ilə geridədir.