"Sabah" ailəsinin üzvü olduğuma görə şadam. Bu cür yaxşı təşkilatlanmış klubun üzvü olmaq çox xoşdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın yeni transferi Şpiro Periçiç klubun rəsmi saytına açıqlamasında Bakı təmsilçisinə keçidi ilə bağlı danışarkən deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, komandada hamı onu çox isti qarşılayıb: "Buna görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu mövsümdə çempionatda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Çünki bizim yaxşı komandamız var".
Qeyd edək ki, Şpiro Periçiçlə 1 illik müqavilə bağlanıb.