İngiltərə millisinin və "Tottenhem" klubunun futbolçusu Harri Keyn karyerası ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu barədə tvitterdə paylaşım edib.
Keyn bu yay London təmsilçisində qalacağını və komandanın uğur qazanmasına kömək edəcəyini bildirib.
Qeyd edək ki, Harri Keyn 2013-cü ildən "Tottenhem"də çıxış edir. O, üç dəfə İngiltərə Premyer Liqasının bombardiri olub. Forvard 221 qolla klub tarixinin ən çox qol vuran oyunçusudur.