israildə "Makkabi" (Hayfa) klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Neftçi"nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib.
Sportnet.az-ı məlumatına görə, bu səbəbdən matçın baş hakimi Aleksandr Stavrev 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib.
"Ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşənlər azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər.
Hazırda ikinci hissə oynanılır və "Neftçi" 0:3 hesabı ilə uduzur.
Qeyd edək ki, Samir Abasov daha əvvəl yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) analoji səbəbə görə cəzalanmışdı.