"Neftçi"nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanın "Olimpiakos" klubunda davam etdirməyə çox yaxındır.
Sportnet.az-ın məlumatına görə, yunanıstanlı jurnalist Kostas Nikolakopulos 24 yaşlı qvineyalı oyunçunun artıq paytaxt Afinada olduğunu bildirib.
"Olimpiakos"un heyətdə yetərincə əcnəbi olduğu üçün afrikalı oyunçunu icarəyə verəcəyi gözlənilir.
Qeyd edək ki, Mamadu Kane 2019-cu ildən "Neftçi"nin formasını geyinir.