UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IV turunun ilk oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.
Soprtnet.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.
27 yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.
O, hazırda 21 qurtarışla siyahıya başçılıq edir.
Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.