"Neftçi" klubunun ilkin razılıq əldə etdiyi braziliyalı futbolçu Tiaqu Bezerra Bakıya gəlib.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, tibbi müayinədən sonra 34 yaşlı braziliyalı hücumçu ilə bir illik müqavilənin imzalanması nəzərdə tutulub.
Allahverdiyev anlaşdıqları argentinalı yarımmüdafiəçi Xorxe Korreanın isə vizası üçün müraciət olunduğunu bildirib.
Qeyd edək ki, Bezerra son olaraq Qətərin "Əl-Sayliya", Korrea isə Portuqaliyanın "Maritimu" klubunda çıxış edib.