Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı cinah oyunçusu instaqram hesabında məğlubiyyətə görə məyus olduğunu bildirib.
"Kəlimələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borc bilirəm", - deyə Xəlilzadə vurğulayıb.
Yığmanın yarımmüdafiəçisi Qara Qarayev isə azarkeşlərə təşəkkür edib: "Şüphəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiniz".
Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.