Rusiyanın "Lokomotiv" (Moskva) klubunun idman və inkişaf üzrə rəhbəri Ralf Ranqnik futbolçuların qidalanmalarına yanaşmanı ciddi dəyişdirib.
Sportnet.az "L Equiope" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ilk növbədə, komandanın aşpazlarını ölkəsinə dietologiya kurslarına göndərib. O, həmçinin futbolçulara şirniyyat, konfet, şokolad və "fast food" kimi yüksək kalorili qidaları qadağan edib.
Qeyd edək ki, Ralf Ranqnik bu ilin iyulunda Moskva klubunda sözügedən vəzifəyə təyin olunub.