İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Luis Suares yeni uğura imza atıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Xetafe"yə qarşı səfər oyununda dubl edərək nail olub.
Uruqvaylı forvard 78 və 90+1-ci dəqiqələrdə fərqlənməklə komandasına 2:1 hesablı qələbə qazandırıb. Suares karyerası ərzində matçın hər dəqiqəsində qol vuran oyunçular siyahısına düşüb. Onun aktivində 1-dən 90+7-ci dəqiqəyədək qollar var.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldu və Zlatan İbrahimoviç eyni uğura sahib çıxıb. Luis Suares indiyədək karyerasında 661 oyuna çıxıb və 427 qol vurub.