“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, birgünlük fasilədən sonra sentyabrın 22-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Ailə vəziyyəti ilə əlaqədar vətənində olan Harramiz Suaresdən başqa bütün futbolçular hazırlıq prosesində iştirak ediblər. O, qarşıdakı günlərdə komandanın düşərgəsinə qoşulacaq. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sentyabrın 26-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 17:00-da başlayacaq.