Braziliya millisinin sabiq futbolçusu Vaqner Lavın Qazaxıstanın "Kayrat" klubundan ayrılacağı dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, Almatı təmsilçisi bu barədə şəxsi İnstaqram hesabında bildirib.
İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu 37 yaşlı hücumçunun klubda son ev matçı olacaq. Görüşün final fitindən sonra təcrübəli oyunçu ilə vida mərasimi təşkil ediləcək.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər matçında "Qarabağ" Kiprin "Omoniya" klubunu qəbul edəcək.