"Bu gün özümüzü göstərib yaxşı nəticə qazanmaq istəyirdik. Fasiləyə öndə yollandıq, ikinci yarıda rəqib hesabı bərabərləşdirdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" komandasının futbolçusu Haralambos Haralambus Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, qırmızı vərəqədən sonra daha çox güc sərf ediblər: "Vurduğumuz ikinci qol baxımlı alındı. Komanda heç-heçəyə layiq idi. Bu, indiyədək keçirdiyimiz ən çətin matçlardan biri idi".