"Oyundan sonra çox xoşbəxtəm. Bu qarşılaşmada yaxşı çıxış etdiyimi düşünürəm. Ümid edirəm ki, baş məşqçi növbəti matçlarda da mənə şans verəcək".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun futbolçusu Andreas Asimenos Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu barədə "24sports" nəşrinə açıqlamasında deyib.
17 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başladığı üçün sevincli olduğunu bildirib: "Çətin oyun olacağını gözləyirdik. Gənc olsam da, buna hazırlıqlı idim. İki real qol şansımız oldu, amma yararlana bilmədik. Sonda heç-heçəyə nail olduq".