"Səbail"in futbolçusu Rauf Əliyev "Keşlə" ilə bu gün keçiriləcək Premyer Liqanın XIII tur matçını buraxacaq.
Klubun Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 32 yaşlı hücumçu xəstələndiyi üçün oyunu buraxacaq.
Mədəsində problem olan təcrübəli forvard ev şəraitində müalicəsini davam etdirir.
Qeyd edək ki, "ASK Arena"da oynanılacaq "Keşlə" - "Səbail" qarşılaşması saat 16:00-da başlayacaq.