"Keşlə" və "Səbail" komandaları arasında Azərbaycan Premyer Liqasının XIII turunun açılış oyunu 1 dəqiqəlik sükutla başlayıb.
Sportnet.az-ın məlumatına görə, start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi anılıb.
Noyabrın 30-da baş vermiş hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşündə ilk hissə oynanılır və hesab açılmayıb.