Türkiyənin "Qalatasaray" klubu zədəli qapıçısı Fernando Musleranın son durumu ilə bağlı açıqlama yayıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb.
Uruqvaylı oyunçunun 5 ay yaşıl meydanlardan kənarda qalacağı və bu mövsüm forma geyinə bilməyəcəyi gözlənilir.