UEFA 2021/2022 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.
Sportnet.az-ın məlumatına görə, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir. Bu səbəbdən, Azərbaycanın iki FIFA referisi - Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib.
Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.
Əvəzində elit hakimlər qrupuna 8 referi yüksəlib. Onların arasında Türkiyə Futbol Federasiyasından Halil Umut Meler və Hollandiyanı təmsil edən əslən türk ədalət təmsilçisi Serdar Gözübüyük də var.