İtaliyanın "Kataniya" klubu yerli şəhər məhkəməsinin qərarı ilə müflis elan olunub.
Sportnet.az-ın "Calciomercato" nəşrinə istinadən məlumatına görə, Kataniya şəhərinin eyniadlı təmsilçisinin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var.
Komanda bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.
Qeyd edək ki, 1908-ci ildə "Pro Patriya" adı ilə yaradılmış klub 1946-cı ildən isə "Kataniya" adını daşıyır. A Seriyasında 14 mövsüm keçirən komanda sonuncu dəfə 7 il əvvəl elitada mübarizə aparıb. "Kataniya"nın yüksək liqada ən böyük uğuru 2 dəfə 8-ci yeri tutması olub.