İtaliya A Seriyasının XX turunun 4 oyunu təxirə salınıb.
Sportnet.az "Sky Sports Italia" nəşrinə istinadən xəbər verir ki, buna futbolçular arasında koronavirusa yoluxmanın artması səbəb olub.
Bu gün keçirilməli olan "Bolonya" - "İnter", "Atalanta - "Torino", "Fiorentina" - "Udineze", "Salernitana" - "Venetsiya" qarşılaşmaları qeyri-müəyyən müddətə ertələnib.
"Udineze" kütləvi yoluxma ucbatından komandanın karantinə alındığını elan edib. Klub yanvarın 9-da "Atalanta" ilə görüşün təxirə salınmasını da istəyib.