Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoluxub.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onların testi Qətərdə keçirilmiş Superkubok oyunundan sonra pozitiv çıxıb.
İnfeksiya aşkarlanmış şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Kuboku uğrunda matçda "Antalyaspor"la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında İstanbul komandası qalib gəlib - 4:2.