Türkiyənin "Beşiktaş" klubunda koronavirusa yoluxma hallarının sayı artıb.
Sportnet.az İstabul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son testlərdən sonra daha 2 futbolçudan götürülmüş analiz nümunələri müsbət çıxıb.
İnfeksiya aşkaralanan oyunçuların adları açıqlanmayıb. Hər iki futbolçu karantinə alınıb.
Qeyd edək ki, daha əvvəl "Beşiktaş"ın baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoxulub.