Türkiyənin "Qalatasaray" komandasının baş məşqçi postundan ayrılan Fatih Terim futbolçular və klub əməkdaşları ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis "Florya Metin Oktay" bazasını ailəsi ilə tərk edib. Terim həmin vaxt baza önündə onu gözləyən azarkeşləri salamlayıb.
"Fanatik" qəzetinin yazdığına görə, o, oyunçularla vedalaştığı vaxt belə ifadələr səsləndirib: "Mən bir layihə üçün hər şeyi risk etdim. Belə anlaşmıştıq, amma yarı yolda buraxıldım. Sizin her şeyi bacaracağınızı bilirəm. Qəlbinə dəydiyim kim varsa, haqqını halal etsin".
Qeyd edək ki, Fatih Terim Superliqadakı uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib.