Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, təşkilatçılar Mavritaniya və Qambiya yığmaları arasında F qrupunun I tur oyunundan öncə kobud səhv ediblər. Onlar Mavritaniya dövlət himninin əvəzinə başqa musiqi səsləndiriblər.
Lazımi melodiyanı tapmaq üçün bir neçə dəfə cəhd edilsə də, hamısında oxşar hadisə təkrarlanıb. Nəticədə futbolçular himni musiqi müşayiəti olmadan ifa ediblər.
Qeyd edək ki, Tunis və Mali milli komandaları arasında F qrupunun ilk oyununda da insident yaşanıb. Baş hakim görüşü iki dəfə vaxtından əvvəl bitirib.
CAF is hot today.
— Charles Sarpong Amponsah (@kwadwosarpongg) January 12, 2022
Wrong national anthem played for Mauritania ahead of Gambia game. #AFCON2021 pic.twitter.com/pSIs8bVbh2