Afrika Millətlər Kubokunda mübarizə aparan Seneqal milli komandasının 2 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, Fransa PSJ-sinə məxsus olan yarımmüdafiəçi İdrissa Geye və İtaliya "Milan"ında oynayan Fode Ballo-Turda infeksiya aşkarlanıb.
Karantinə alınan oyunçular Qvineya seçməsinə qarşı B qrupunun II tur matçını buraxacaqlar. Qvineyalıların heyətində "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane çıxış edir.
Qeyd edək ki, hər iki kollektiv ilk turda qələbə qazanıb.