Türkiyənin "Qaziantep" komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 7 futbolçu, 1 məşqçi və 1 işçinin testi pozitiv çıxıb.
Həmin şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Qaziantep" yanvarın 14-də Türkiyə Super Liqasının XXI turunda "Beşiktaş"ın qonağı olacaq.