Futbol üzrə İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.
Sportnet.az yığmanın rəsmi saytına istinadən xəbər verir ki, monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub.
Monteneqrolu baş məşqçi milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.
Qeyd edək ki, Jelko Petroviç ötən ilin noyabrında bu vəzifədə Dik Advokatı əvəzləmişdi.