"Sabah" futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Sportnet.az xəbər verir ki, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ni (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib. (Lent.az)