İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürmək niyyətindədir.
Sportnet.az ANSA-ya istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası turnirin təşkilində maraqlı olduğu barədə UEFA-nı məlumatlandırıb.
Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək qitə futbol qurumuna təqdim edilməlidir. Avropa çempionatının yeri ilə bağlı yekun qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya daha əvvəl 1968 və 1980-ci illərdəki turnirləri qəbul edib.