Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoria Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə komandanın baş məşqçisi Xorxe Sampaoliyə xəbərdarlıq edib.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı funksioner "La Figaro" nəşrinə müsahibəsində bugünkü qarşılaşmanın əhəmiyyətinə toxunub.
O, mövsümün sonunda titullar qazanmaq istədiklərini bildirib: "Ən əsası klubu sabitləşdirməkdir. Bu isə avrokuboklara və ümumilikdə Çempionlar Liqasına davamlı vəsiqə tələb edir. Futbolda əsas pul Avropa yarışlarındadır. Biz kuboklar əldə etmək istəyirik. Bu klubun DNT-sində var. Ona görə də mövsümün sonunda titul qazanmaq vacibdir".
Fransa mətbuatı hesab edir ki, Lonqorianın bu açıqlaması Sampaoli və komandasına təzyiq etməyin yollarından biridir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.