Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Bursa təmsilçisi səfərdə "Boluspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Meydana start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə Rici Ofusu ilə əvəzlənib.
Matçda hesabı 42-ci dəqiqədə meydan sahiblərinin heyətində Kabonqo Kasonqo açıb. 54-cü dəqiqədə "Boluspor"da Bekim Balyay ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 4 dəqiqə sonra qonaqlar Rodriqo Salasarın qolu ilə tarazlığı bərpa ediblər. 66-cı dəqiqədə "Boluspor" meydanda 9 nəfərlə qalıb. Bu dəfə Odise Roşi ikinci sarı vərəqəni görüb.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Boluspor" 10-cu pillədəki mövqeyini qoruyub. 25 xalı olan "Bursaspor" isə 19 komanda arasında 18-cidir.