"Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah" komandasına qarşı forma geyinməyəcək.
Sportnet.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi "Qəbələ" ilə hazırda davam edən qarşılaşmada cəzalı duruma düşüb.
O, 40-cı dəqiqədə İsnik Alimiyə kobudluq edərək, penaltiyə səbəbkar olmaqla yanaşı, çempionatda dördüncü dəfə xəbərdarlıq alıb. Beləliklə, Medina sarı vərəqə limitini doldurub.
65-ci dəqiqədə isə 29 yaşlı oyunçu komandasının üçüncü qolunu vurub. Hazırda Ağdam komandası 4:1 hesabı ilə öndədir.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu martın 12-də keçiriləcək.