İrlandiya Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Stiven Kenni ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer almış İrlandiya millisi Stiven Kenninin başçılığı altında son 10 oyunun cəmi birində uduzub.