Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Həlaifi İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra qalmaqal törədib.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, ərəb iş adamı qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib.
O, "Santyaqo Bernabeu" stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən "Real Madrid"in nümayəndəsi Karlos Davilanın otağına girib.
Habelə bildirilir ki, PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bilib.
Qeyd edək ki, "Real Madrid" cavab görüşündə 3:1 hesablı qələbə qazanıb və ilk oyunda minimal hesabla uduzduğu üçün 1/4 finala yüksəlib.