Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"la oyunda zədələnən "Qarabağ"ın futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.
"Köhlən atlar"ın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, rentgen müayinəsindən sonra 21 yaşlı müdafiəçinin zədəsinin ciddi olmadığı üzə çıxıb.
Klubdan o da bildirilib ki, bu gün MRT müayinəsi nəticəsində Bayramovun durumuna tam aydınlıq gələcək: "Hazırda zədənin ciddi olmadığı görünür. Futbolçu tezliklə məşqlərə başlaya biləcək. Yekun nəticə MRT-dən sonra bilinəcək".
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə bitib. Tural Bayramov 26-cı dəqiqədə zədələnib və onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub.