
Qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən UEFA Çempionlar Liqasına buraxılmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Bitexen Adana İdmanyurduspor" klubunun prezidenti Metin Taylancı yerli mətbuata açıqlama verib.
Funksioner bildirib ki, Avropa futbol qurumu artıq bu istiqamətdə işlərə start verib: "Ona görə də Türkiyədə 8 önəmli klubun qadın komandası yaradıldı. UEFA yeni qadağanı 2023/2024 mövsümündən tətbiq edəcək. Bu, qadın futbolunun inkişafı üçün önəmli addımdır".
Qeyd edək ki, Azərbaycanda "Qarabağ", "Zirə" və "Səbail"in qadın komandası yoxdur.