"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçlə danışıq aparır.
Bu barədə Sportnet.az-a klubun Mətbuat katibi Rəşad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı qolkiper bu gün Bakıya gəlib: "Popoviç maraq dairəmizdədir. Danışıqlar yekunlaşdıqdan və müqavilə imzalanandan sonra rəsmi açıqlama verəcəyik".
Qeyd edək ki, Andrey Popoviç Azərbaycanda "Bakı", "Abşeron", "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının formasını geyinib. O, "gənclik şəhəri" təmsilçisində 2014-2015-ci illlərdə çıxış edib. Qolkiper son olaraq Ukraynada “Çerkassı” komandasının şərəfini qoruyub.