Braziliyanın "Atletiko Mineyro" klubunu futbolçusu Halkla yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü il dekabrın 31-dək uzadılıb.
Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi cari ilin sonunda başa çatmalı idi.
Qeyd edək ki, Hulk bu mövsüm "Atletiko Minyero" ilə Braziliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb.