
UEFA Millətlər Liqasının pley-off mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, cavab oyununda evdə Estoniyanı 2:0 hesabı ilə məğlub edən Kipr millisi C Liqasındakı yerini qoruyub. Meydan sahiblərinin heyətində qolları 19-cu dəqiqədə Marinos Tsionis və 51-ci dəqiqədə Pieros Sotiryu vurublar. Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə yekunlaşmışdı.
İki oyunun nəticəsinə əsasən, Kipr yığması C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, Estoniya isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
------------------------------------
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.
İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.
İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.
Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb.
---------------------------------------
Bu gün UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Liqasına düşməmək üçün həlledici görüşlərə çıxacaqlar.
Günün ilk matçı Nur-Sultanda Qazaxıstan və Moldova yığmaları arasında olacaq. Meydan sahibləri ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
Digər qarşılaşmada isə Kipr yığması Larnakada Estoniyanı sınağa çəkəcək. Komandalar arasındakı ilk oyunda hesab açılmayıb. Bu cütün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart
18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)
İlk oyun - 2:1
20:00. Kipr - Estoniya - 2:0 (İKİNCİ HİSSƏ)
Qollar: Marinos Tsionis, 19. Pyeros Sotiryu, 51
Qırmızı vərəqə: Danilo Spolyariç, 47 (Kipr)
İlk oyun - 0:0.