
Futbol üzrə Mərakeş millisinin baş məşqçisi Vahid Halilhociç yeni uğura imza atıb.
Spornet.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis buna yığma ilə bu il keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqla nail olub.
Bosniya və Herseqovinadan olan baş məşqçi 4 müxtəlif komanda ilə mundialda iştirak hüququ əldə edən ilk mütəxəssisdir.
Halilhociç daha əvvəl Kot d İvuar, Əlcəzair və Yaponiya seçmələrini dünya çempionatına aparıb.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.