Almaniya "Bavariya"sının baş məşqçisi Yulian Nagelsman ölümlə təhdid olunur.
Sportnet.az-ın məlumatına görə, bu barədə 35 yaşlı mütəxəssis yerli mətbuata açıqlama verib.
O bildirib ki, komandası UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniya "Vilyarreal"ına uduzub mübarizəni dayandırdıqdan sonra 450 nəfərdən təhdid mesajı alıb: "Tənqidlərə qarşı mübarizəz apara bilərəm. Amma bu, fərqli durumdur. Əslində hər matçdan sonra belə hallar olur. Bir çox insanın mənim öldürmək istədiyi açıq-aşkar görünür. Hətta bu işlərlə əlaqəsi olmayan anamı belə, öldürmək istəyirlər".
Nagelsman təhdidlərə çox da fikir vermədiyini söyləyib: "İnsanlar istədiklərini yaza bilər. Amma son vaxtlar yazılanlar bir az artıqdır. Açığı, niyə belə etdiklərini başa düşə bilmirəm".
Qeyd edək ki, Yuıiam Nagelsman cari mövsümün əvvəlində "Bavariya"ya baş məşqçi təyin olunub. Münhen təmsilçisi onun rəhbərliyi altında Bundesliqada 29 oyunda 22 qələbə qazanıb. Komanda hazırda 69 xalla turnir cədvəlinə başçılıq edir.