Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında XXXIII tur oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda paytaxt derbisində "Lokomotiva"nın qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.
Oyun öncəsi çiynindən zədə alan Emreli Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə xeyriyyə matçında (2:2) iştirak etməyib. 25 yaşlı hücumçunun bugünkü qarşılaşmada meydana çıxacağı bildirilir.
Qeyd edək ki, "Dinamo" hazırda 69 xalla 1-ci, "Lokomotiva" 44 xalla 5-cidir.