
İspaniya "Barselona"sı Serxi Roberto ilə müqavilənin uzadılması üzrə danışıqları başa vurur.
Sportnet.az-ın məlumatına görə, jurnalist Fabritsio Romano 31 yaşlı cinah oyunçusu ilə tezliklə 2023-cü ilin iyununadək müqavilənin bağlanılacağını yazıb.
Hazırda tərəflərin son detalları razılaşdırdıqları bildirilir. Rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Hazırda zədəli olan Robertonun mövsümün sonunadək forma geyinməyəcəyi bildirilir.
Qeyd edək ki, Serxio Robertonun hazırkı müqaviləsi cari mövsümün sonunadəkdir. "Barselona"nın yetirməsi olan Roberto bu mövsüm La Liqada 9 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində Çempionlar Liqasında 3 matç da var.