Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.
Sportnet.az-ın məlumatına görə, bu, UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.
Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.