Türkiyənin "Fənərbağça" klubu "Trabzonspor"u məhkəməyə verib.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna Qara dəniz təmsilçisinin evdə "Antalyaspor"la bərabərə qaldığı Superliqanın XXXV tur oyunu zamanı açdığı pankart səbəb olub.
Pankartda ov tüfənginin hədəfində "Fənərbağça"nın simvolu olan sərçə təsvir edilib. "Sarı-lacivərdlilər" iddia edirlər ki, "Trabzonspor" bununla 2015-ci il aprelin 4-də İstanbul klubunun avtobusuna edilən silahlı hücuma haqq qazandırmağa çalışır.
Qeyd edək ki, evdə "Antalyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" 38 ildən sonra Türkiyə çempionu olub.