
İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannı heyətinə qatıb.
Sportnet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.
Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.
Qeyd edək ki, Erlinq Holann 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard "Borussiya"da 88 oyuna 85 qol vurub.