"Futbolu ləkələyən axmaqları cəzalandırmaqdan çəkinməməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində çıxışı zamanı deyib.
Londondakı "Uembli" stadionunda İngiltərə və İtaliya yığmaları arasında AVRO-2020-nin final matçında baş vermiş hadisələri xatırladan sloveniyalı funksioner bu cür səhnələrə icarə verməməli olduqlarını bildirib: "İrqçilik hər yerdə mövcuddur və bu, bizim əsas problemimizdir".
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə İngiltərəyə penaltilər seriyasında qalib gələn (3:2) İtaliya yığması Avropa çempionu olub.