
İngiltərənin "Aston Villa" klubu İspaniya "Barselona"sının futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
30 yaşlı "sambaçı" cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi.
Qeyd edək ki, Filippe Koutinyo "Aston Villa"da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.