
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu - XXIV turun oyunlarından sonra bütün mükafatçılar bəlli olub.
Çempionluğu əvvəlki turlarda rəsmiləşdirən "Qaradağ Lökbatan" qızıl, "Şamaxı-2" gümüş, "Qarabağ-2" isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, I Divizionda mükafatlandırma mərasimi bu gün keçiriləcək.